Bakının bu ərazilərində yeni dayanacaqlar QURAŞDIRILIB

28.09.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rahat sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə “28 May” Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq pavilyonları quraşdırılıb.

Redaktor.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə xəbər verir ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq “28 May” NMM-də 2 yeni dayanacaq pavilyonu istifadəyə verilib.

Moskva prospekti, “20 Yanvar” dairəsindən “Şamaxinka”ya gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib.

Eyni zamanda, “Şamaxinka”da metronun “20 Yanvar” stansiyası istiqamətində sərnişin axınının intensivliyi nəzərə alınaraq əlavə 1 pavilyon quraşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью