Bakının bu ərazisi bir gün susuz qalacaq

06.04.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Nərimanov rayonu ərazisində istismar müddəti başa çatmış su xətlərinin ləğvi və yeni xətlərin istismara verilməsi ilə bağlı aparılan işlər çərçivəsində “Montin” yaşayış massivinə aid bəzi ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Əlövsət Əliyev küçəsi və ətraf əraziləri əhatə edən hissədə 7 aprel saat 09:00-dan etibarən 8 aprel səhər saatlarınadək içməli suyun verilişi dayandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью