Bakının bu ərazisində 6 saat işıq olmayacaq

21.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Bu gün Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq mayın 21-də Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью