Bakının bu ərazisində ağaclar məhv edilir: dəhşətli görüntülər VİDEO

26.03.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılır.

Globalinfo.az-a daxil olan məlumata görə, görüntülər Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində qeydə alınıb. 23 aprel 2024-cü ilə – 1 il öncəyə aid videoda ərazidə xeyli şam və küknar ağaclarının olduğu görünür. İddia olunur ki, hazırda ağaclar texnika ilə məhv edilir.

Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ilə mürciət etmişik. Sorğunun cavabını dərc edəcəyik.

https://cdn.globalinfo.az/2025/03/WhatsApp-Video-2025-03-26-at-15.10.06.mp4

https://cdn.globalinfo.az/2025/03/WhatsApp-Video-2025-03-26-at-15.07.07.mp4

https://cdn.globalinfo.az/2025/03/WhatsApp-Video-2025-03-26-at-15.07.07-1.mp4

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью