Bakının bu ərazisində işıq olmayacaq Yeni Çağ Media

24.11.2024

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi işləri ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu barədə Yenicag.az-a “Azərişıq”dan bildirilib.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью