Bakının bu ərazisində işıqlar söndü, işıqfor işləmədi

05.06.2025

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

"Qeyd olunan ərazidə elektrik enerjisinin verilişi dayandırılıdığından hazırda svetoforlar işləmir".

Bunu BAKU.WS-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib. 

"Problemin qısa müddət ərzində həll edilməsi üçün aidiyyəti dövlət qurumuna məlumat verilib", - deyə NİİM rəsmisi vurğulayıb.

***11:22

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində işıqforun işində nasazlıq yaranıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, "Biləcəri dairəsi" yaxınlığında xarab olmuş işıqfor maşınların hərəkətində çətinliklərə səbəb olub və tıxac qeydə alınıb.

Sözügedən ərazidən kadrları təqdim edirik:

Qalereya
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью