Bakının bu ərazisində yaşayanlar köçürüləcək 35 MİLYON MANAT AYRILDI

23.09.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az-ın xəbərinə görə, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən təsdiqlənib.

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri “Xezer-Construction” MMC-yə həvalə olunub.

Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 mln 229 min 641 manat ödəniləcək.

Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.

Könül
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью