Bakının bu hissələri qazsız qalacaq

12.02.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Bakının Səbail rayonu, Badamdar qəsəbəsində qaz təchizatında məhdudiyyət yaranacaq.

Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, T.Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə 12.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə S.İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli, S.Məmmədov, N.Paşayev, C.Məmmədli, İ.Ağayev, T.Məmmədov küçələrinin, həmçinin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü Badamdar, Neftçilər döngəsi adlanan yasayış ərazilərin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью