Bakının bu hissəsində 6 gün gündə 6 saat işıq olmayacaq

04.11.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində elektrik xətlərinin yenilənməsi işləri ilə əlaqədar noyabrın 2-də və 4-dən 8-dək elektrik xətləri sifarişə əsasən açılacaq.

Axar.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью