Bakının bu hissəsində bütün günü su olmayacaq

15.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilməsində fasilələr yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq. Noyabrın 16-ı səhər saatlarından suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью