Bakının bu hissəsində qaz kəsiləcək 10:00da

05.12.2024

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z.Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью