Bakının bu istiqamətində yol bağlandı

08.02.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

“Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər”, - qurumun məlumatında bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью