Bakının bu kəndində YOL BAĞLANIR Sürücülərə xəbərdarlıq

20.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabrın 21-dən etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində avtomobillərin hərəkətində məhdudiyyət tətbiq ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, saat 09:00-dan etibarən Baloğlan Bağırov küçəsinin Məhəmmədəli Şəfai küçəsi ilə kəsişməsindən Səyyarə Zeynalova küçəsinə qədər olan hissəsində təmir işlərinə başlanılacaq. Marqarita pizza

Təmir işlərinin gedişindən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və ərazidə mümkün sıxlığın qarşısının alınması məqsədilə əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью