Bakının bu küçəsi BAĞLANIR

12.09.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Yasamal rayonunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Lent.az xəbər verir ki, sabah saat 8:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью