Bakının bu küçəsində piyadalar üçün təhlükə FOTOLAR

16.09.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xətai rayonunda yol kənarında park edilən avtomobillər piyadaların hərəkətinə ciddi maneə yaradır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu sosial media hesabında paylaşım edib. O, Vunqtau küçəsində, parkla üz-üzə yerləşən ərazidə təmir sexləri və müxtəlif obyektlərin qarşısında avtomobillərin piyada səkilərində saxlanılmasından narazılığını bildirib:

“Avtomobillər piyada səkilərinin üzərində saxlanıldığı üçün insanlar səkidən istifadə edə bilmir və məcbur qalaraq avtomobil yoluna çıxmalı olurlar. Bu isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud insanlar üçün ciddi təhlükə yaradır. Marqarita pizza

Aidiyyəti qurumlardan xahiş edirik ki, ərazidə nəzarət gücləndirilsin, piyada səkilərinin avtomobillər tərəfindən zəbt olunmasının qarşısı alınsın və piyadaların təhlükəsiz hərəkəti təmin edilsin.

Piyada səkisi avtomobillər üçün dayanacaq deyil. İnsanların təhlükəsizliyi üçün bu problemə diqqət yetirilməsini xahiş edirik”.

Aydan Hacı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью