Bakının bu küçəsində sürücülərin üzləşdiyi problem

04.06.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bakı şəhərinin Suraxanı rayonunda, Zığ dairəsi kimi tanınan ərazidə küçələrdə bir neçə kanalizasiya lükünün qapaqsız qalması narahatlıq yaradıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sürücülərin və yerli sakinlərin sözlərinə görə, yolun müxtəlif hissələrində açıq vəziyyətdə qalan lüklər avtomobillər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Xüsusilə gecə saatlarında və zəif işıqlandırılan ərazilərdə hərəkət edən sürücülər bu maneələri vaxtında görməkdə çətinlik çəkirlər.

Ərazidən kadrları təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью