Bakının bu küçəsində təmir gedir

29.08.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Yasamal rayonu, Məmməd Rahim küçəsində təmir işlərinə start verilib.

Globalinfo.az xəbər verir ki, uzunluğu 620 metr, orta eni isə 10-12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində hazırda mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi həyata keçirilir.

Layihəyə əsasən, köhnə asfalt-beton örtüyünün frezlənməsi, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью