Bakının bu prospektində təmir işləri aparılacaq Sürücülərin NƏZƏRİNƏ!

12.09.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xətai rayonu, 8 Noyabr prospektinin müəyyən hissələrində 14 sentyabr saat 09:00-dan etibarən cari təmir işləri həyata keçiriləcək.

Redaktor.az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

İşlərin aparıldığı müddətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.

Sürücülərdən təmir işləri aparılan hissələrdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью