Bakının bu prospektlərində hərəkət dayandırıldı KONKRET

02.02.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nizami rayonu, Babək prospektində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayılıb.

Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub.

Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.

Qeyd edək ki, dünən də Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью