Bakının bu rayonlarında 13 saat su olmayacaq

03.01.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhəri, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

"Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar yanvarın 3-ü saat 22:00-dan yanvarın 4-ü 11:00-a qədər Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verlməsində fasilə yaranacaq", - deyə məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью