Bakının bu rayonlarında qaz kəsiləcək

04.12.2024

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yasamal rayonunun Tbilisi prospektinde yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə dekanrın 4-ü saat 23:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Təmir-bərpa işləri aparılan müddətdə Tbilisi prospektinin bir hissəsinin, "Şakir" MTK-nın, 1-ci Alatava ərazisinin bir hissəsinin, Diaqnostika, Aztelecom, Azercell, N.Tusi klinikası ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz"dan "Lent.az-a verilən məlumata görə, həmçinin dekabrın 5-i saat 10:00-dan etibarən Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Şüvəlan qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью