Bakının bu rayonu sabahdan susuz qalacaq | Icma.az
Icma.az, Lent az portalına istinadən məlumat verir. Bakının Xətai rayonunun su təchizatında fasilə yaranacaq.
Bu barədə Lent.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, fasilə Xətai rayon ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır.
Bu səbəblə iyulun 16-ı saat 22:00-dan 17-si axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu