Bakının bu rayonunda 31 motosikletçi saxlanıldı VİDEO

25.08.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl edilməsinin təmini məqsədi ilə profilaktik və nəzarət tədbirləri davam etdirilir.

Lent.az xəbər verir ki, qeyd olunan tədbirlər çərçivəsində Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən keçirilən tədbirlərlə yüksək səs-küy yaradan, eləcə də sürücülük hüququ olmayan 31 motosiklet sürücüsü saxlanılıb.

Müxtəlif qayda pozuntularına yol verdikləri müəyyən edilən həmin şəxslər barəsində inzibati protokollar tərtib olunub. Tədbirlər zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью