Bakının bu rayonunda evləri qurd basır Video

12.10.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda daha bir ünvanda binaların həyətlərində qurdlar yayılıb.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, paytaxtın Xətai rayonu, Gəncə prospektinin sakinləri qurdların artıq evlərə dolduqlarını bildiriblər.

“Bu həyətdə bəzi ağacların sadəcə budaqları qalıb. Elə bizim də ayaq basdığımız hər yer bu həşəratlarla doludur”, - sakinlər qeyd edib.

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən bildirilib ki, sözügedən ərazi nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib.

Yaxın günlərdə dezinfeksiya işləri aparılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью