Bakının bu rayonunda suyun verilişi DAYANDIRILACAQ

24.08.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xətai rayonunun bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb.

Məlumata görə, diametri 200 mm olan içməli su xəttinin 600 mm-lik magistral su borusuna qoşulması ilə əlaqədar avqustun 25-i saat 23:00-dan avqustun 26-sı gecə saatlarınadək suyun verilişi məhdudlaşdırılacaq.

Bildirilib ki, müvəqqəti fasilə Xətai rayonunun bəzi ərazilərini əhatə edəcək.

Sakinlərdən su təminatının bərpasınadək zəruri ehtiyat tədbirləri görmələri xahiş olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью