Bakının bu tələblərini yerinə yetirməyə hazırıq Mikaelyan

09.01.2025

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılmasına hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qrant Mikayelyan deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın sülh prosesi çərçivəsində irəli sürdüyü tələbləri həyata keçirməyə razılaşıb.

“Məsələn, Ermənistan sülh müqaviləsi imzalanandan sonra üçüncü dövlətlərin qüvvələrini sərhəddə yerləşdirməməyə razıdır, Minsk Qrupunu buraxmağa və beynəlxalq məhkəmələrdə iddialarını geri götürməyə hazırdır”, - Mikaelyan belə deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью