Bakının çox sayda küçəsində qaz olmayacaq ÜNVANLAR

02.10.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək bir sıra ərazilərdə qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xətai rayonunun A.Səhhət küçəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsində Nizami, Ə.Ələkbərov, M.Ə.Sabir, M.Bəydəmirov, N.Nərimanov, Ç.Nəzərov, Mənbə, M.Abdullayev və S.Bəhlulzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью