Bakının dəvətini müzakirə edəcəyik Andreasyan

23.04.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan tərəfi Azərbaycanın III MDB Oyunlarında iştirakla bağlı dəvətini müzakirə edəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar müxtəlif amillərlə, o cümlədən erməni idmançıların təhlükəsizliyi ilə bağlıdır:

“Müvafiq qərar qəbul edildikdə, biz bunu ictimaiyyətə açıqlayacağıq”.

Qeyd edək ki, III MDB Oyunların təşkilat komitəsinin Azərbaycandakı nümayəndəsi Aygül Ağayeva Azərbaycanda keçiriləcək oyunlara Ermənistan idmançılarına dəvət göndərildiyini demişdi.

Oyunlar 2025-ci ilin 28 sentyabr-8 oktyabrında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью