Bakının dostundan Ermənistanda Zəngəzur mesajı FOTO

18.04.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qalleqer ötən gün Sünik vilayətinə (Zəngəzur-red.) səfər edib. 

Globalinfo.az xəbər verir ki, səfir bu barədə “X” platformasındakı paylaşımında bildirib.

“Vilayətin qubernatoru Robert Qukasyanla yenidən görüşmək çox xoş idi. Biz Sünik bölgəsində inkişafın gedişatı və qubernatorun gələcəyə baxışını müzakirə etdik. Sülh və təhlükəsizlik bu dinamik regionun potensialını reallaşdırmaq üçün açardır və mən Böyük Britaniyanın davamlı dəstəyini bir daha diqqətə çatdırdım. Ümid edirəm ki, region davamlı sülh və sabitliyin yeni mərhələsinə qədəm qoyacaq”, – səfirin paylaşımında qeyd olunur.

Bir sıra Ermənistan KİV-ləri Qallerin mövcud proseslər fonunda səfərini Zəngəzur dəhlizinin açılmasının anonsu kimi dəyərləndirirlər. Son olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın dəhlizlə bağlı açıqlamalarından sonra Qalleqerin bölgəyə gəlməsi müxalif erməni siyasi dairələrində narahatlıq doğurub. Uzun illərdir Azərbaycanla müxtəlif sahələr üzrə dərin əməkdaşlıq əlaqələri olan Böyük Britaniyanın dəhlizin fəaliyyətində rol oynaya biləcəyi iddia edilir.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью