Bakının dostundan təhlükəli qərar: Putin sevindi, ölkədə çöküş başladı | Icma.az
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. Almaniya ilə Macarıstan arasında gərginlik artır.
İki ölkənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı fərqli yanaşma sərgiləməsi qarşıdurmanı dərinləşdirib.
Berlin artıq Budapeştin Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı qərarlarına veto qoymasını təkcə “normativ problem” kimi yox, həm də Avropa təhlükəsizliyinə birbaşa təhdid kimi görür.
Bu, yalnız iki ölkə arasındakı fikir ayrılığı deyil, eyni zamanda ittifaqın xarici siyasəti, qərarvermə mexanizmləri və NATO–Aİ münasibətləri üçün ciddi sınaqdır.
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadənin sözlərinə görə, Ukrayna savaşı Avropada prioritetləri dəyişib, iqtisadi maraqlar ikinci plana keçib: “Almaniya yenidən liderlik iddiasındadır və vahid mövqe yaratmaq istəyir.
Macarıstanın Baş naziri Viktor Orban isə müstəqil xətt tutur.
Almaniya artıq onu sadəcə problemli tərəfdaş yox, təhlükəsizlik riski hesab edir. Brüsselin əsas təsir vasitəsi maliyyədir.
Hazırda Macarıstan üçün 18–43 milyard avro dondurulub. Pul axınının tam kəsilməsi ölkədə iqtisadi və siyasi böhran yarada bilər.
Tam oxu
Xəbəri oxu