Bakının ən böyük dairəsi dəyişir FOTO

22.11.2024

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Bakıda nəqliyyatın hərəkəti üçün ən çətin ərazilərdən biri olan Ukrayna dairəsində təmir işlərinə start verilib.

Metbuat.az xəbər verir ki, təmir çərçivəsində dairədə turbo tipli hərəkət sxemi tətbiq ediləcək. Bu yeni yanaşma, mübahisəli nöqtələri azaltmaqla təhlükəsizliyi artıracaq və nəqliyyat vasitələrinin hərəkətini asanlaşdıracaq.

Bundan əlavə, turbo tipli sxem dairənin buraxıcılıq qabiliyyətini artıraraq nəqliyyat sıxlığının azalmasına kömək edəcək. Təmir işlərinin nə vaxt başa çatacağı ilə bağlı hələ ki, rəsmi məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью