Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda şaxtalı və qarlı hava uzun müddət hökm sürmədiyi üçün vətəndaşlar hazırlıqsız olurlar. İnsanlar bir neçə gün qarlı olacaq hava üçün ehtiyat tədbirləri almağı lazımsız görür. Bu səbəbdən hava qarlı olduğu zaman ən çox çətinliyi və qəzanı yollarda yaşayırıq. Bakıda relyefinə görə digərlərinə nisbətən daha sürüşkən olan ərazilər var.
Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, Bakı şəhərində qar yağdığı zaman təmizlənməyən bütün yollar təhlükəli hesab olunur:
"Qar yağan andan etibarən yollar buzdan və digər atmosfer çöküntülərindən vaxtında təmizlənməzsə, hərəkət üçün ciddi risk yaranır və bu cür yollar faktiki olaraq təhlükə mənbəyinə çevrilir. Xüsusilə buzlaşmaya daha çox meyilli ərazilərdə hərəkət təhlükəsizliyi baxımından sürücülərin qaydalara ciddi əməl etməsi vacibdir. Qış təkərlərinin olmaması, sürət həddinin aşılması və tələskənlik qəza riskini artırır. Bu kimi hava şəraitində nəqliyyat vasitələri daha diqqətli idarə olunmalı, üstünlük qaydalarına əməl edilməlidi".
Ekspert deyib ki, belə hallarda avtomobillərin texniki vəziyyətinin qorunması, mövsümə uyğun istismarı və təhlükəsizlik tələblərinə riayət edilməsi xüsusi əhəmiyyət daşıyır:
"Bu, həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir. Şəhər üzrə daha çox risk daşıyan ərazilərə Yasamal rayonu, Köhnə Günəşli Badamdar və Qaraçuxur ərazisi daxildir. Bu zonalar relyef və iqlim xüsusiyyətlərinə görə soyuğa və buzlaşmaya daha meyillidir. Məhz buna görə də həmin ərazilərdə qış aylarında ehtiyatlılıq daha yüksək səviyyədə olmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, Bakı şəhərində qar yağdığı zaman təmizlənməyən bütün yollar təhlükəli hesab olunur: