Bakının əsas prospektlərindən birində işıqfor işləmir VİDEO YENİLƏNİB

05.11.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının əsas prospektlərindən birində işıqforun işləməməsinin səbəbi bəlli olub.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, işıqforun özündə hər hansı problem aşkarlanmayıb:

"Qeyd olunan ünvanda svetoforların fəaliyyətində yaranmış problem texniki nasazlıqla bağlı deyil, elektrik enerjisinin kəsilməsi ilə əlaqədardır. Məsələ ilə bağlı aidiyyəti quruma məlumat verilib".

***

Bakının 8 Noyabr prospektində işıqforun işləməməsinə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi münasibət bildirib.

Mərkəzdən qeyd edilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

"Əməkdaşlarımız tərəfindən səbəblər dəqiqləşdirildikdən sonra müvafiq tədbirlər görüləcək və svetoforun işi bərpa olunacaq".

***

Bakının əsas prospektlərindən birində işıqforun işləməməsi nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.

Qeyd olunub ki, bu gün səhər saatlarından 8 Noyabr prospektində işıqfor işləmir. Bu isə sürücülər üçün ciddi problem yaradır.

Problemlə bağlı aidiyyəti üzrə sorğu verilib.

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/bakinin-esas-prospektlerinden-birinde-isiqfor-islemir-228532

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью