Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 13 dekabr, AZƏRTAC
Gələn il Bakıda ilk dəfə keçiriləcək badminton üzrə qarışıq komandaların Avropa çempionatında iştirak edəcək komandalar açıqlanıb.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, fevralın 12-16-da Bakı İdman Sarayında təşkil olunacaq turnirdə 8 komanda mübarizə aparacaq.
Birinci qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmalarıdır. İlk 2 pillənin sahibləri yarımfinala vəsiqə qazanacaq.
Digər qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları yer alıb.