Bakının Formula 1 qalibləri TAM SİYAHI

24.09.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisi keçirilir. Bakı Şəhər Halqasında təşkil olunan yarışın builki mərhələsi bu gün start götürüb. Yarış həftəsinin ilk günündə sərbəst yürüşlər keçirilir, sabah sıralanma turu, sentyabrın 26-da isə əsas yarış baş tutacaq.

Modern.az xəbər verir ki, Bakı artıq 10-cu dəfə Formula 1 yarışına ev sahibliyi edir. Şəhərdə ilk Formula 1 yarışı 2016-cı ildə Avropa Qran-Prisi adı ilə keçirilib. Həmin yarışda “Mercedes” pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildən isə yarış Azərbaycan Qran-Prisi adı ilə keçirilir.

İndiyədək Bakıda keçirilən Formula 1 yarışlarının qalibləri belə olub:

2016 - Niko Rosberq - Mercedes 

2017 - Daniel Rikkiardo - Red Bull

2018 - Luis Hemilton - Mercedes

2019 - Valtteri Bottas - Mercedes

2020 - Yarış keçirilmədi

2021 - Serxio Perez - Red Bull

2022 - Maks Verstappen - Red Bull

2023 - Serxio Perez - Red Bull

2024 - Oscar Piastri - McLaren

2025 - Maks Verstappen - Red Bull

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Qran-Prisi COVID-19 pandemiyası səbəbindən keçirilməyib. Pandemiya ilə əlaqədar Formula 1 təqvimində dəyişikliklər edilib və Bakı yarışı həmin il ləğv olunub. Yarış 2021-ci ildə yenidən keçirilib.

2026-cı il Azərbaycan Qran-Prisinin qalibi isə əsas yarış başa çatdıqdan sonra məlum olacaq.

Nicat Rüstəm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью