“Bakı”nın həndbolçusu: “Öz məsuliyyətsizliyimizdən uduzduq”

07.04.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Təəssüf ki, biz çempionluq şanslarını artıq itirmişik”.

İdman.biz xəbər verir ki, nu sözləri “Bakı” komandasının həndbolçusu Teymur Axundov deyib.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə açıqlama verən təcrübəli həndbolçu ölkə çempionatı barədə fikirlərini bildirib: “Ötən tur “Kür”ə uduzmaqla vəziyyəti çətinləşdirdik. Eyni zamanda “Qarabağ”a məğlubiyyət də bunda rol oynadı. “Qarabağ”la görüşdə öz məsuliyyətsizliyimiz ucbatından uduzduq. Halbuki, həmin oyuna ciddi hazırlaşmışdıq. Amma məşqçinin tapşırıqlarını lazımı səviyyədə yerinə yetirə bilmədik. Nəticədə çempionluqdan əlimiz üzüldü. İndi yalnız ikinci yer uğrunda mübarizə apara bilərik”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью