Bakının iki ərazisində yaşayan sakinlərə elan edildi Saat 11:00 dan...

28.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Qaz xəttinin yerinin dəyişdirilməsi və təmir işləri ilə əlaqədar sentyabrın 28-də Bakının iki rayonunda qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə "Yeni Sabah"a verilən məlumata görə, saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin qaz təchizatında fasilə olacaq.

Həmçinin saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun Vulkan ərazisində qazın verilişi müvəqqəti dayandırılacaq. pizza sifarişi

Qeyd edək ki, fasilələr qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədardır.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью