Bakının iki əsas rayonunda qaz olmayacaq

15.01.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabah Bakının Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Globalinfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmaları aradan qaldırılacaq. Bu işlərlə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью