Bakının iki qəsəbəsində qaz olmayacaq KONKRET

27.07.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək.

Bu barədə KONKRET.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 27-də saat 08:00-dan işlər yekunlaşanadək, Pirallahı qəsəbəsinin bir hissəsinin, saat 10:00-dan işlər tamamlanana qədər isə Xəzər rayonunun Qala qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью