GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq yanvarın 14-də İrəvana təhvil verilən Vigen Eulcekyana ev veriləcək.
Globalinfo.az bildirir ki, bunu onun həyat yoldaşı Linda Eulcekyan açıqlayıb.
O, övladlarının da Ermənistana köçməyə hazırlaşdığını deyib:
“Hazırda oteldə yaşayırıq, bizim yerimizə ödənişlər edilir. Bizə söz veriblər, yaxında ev veriləcək. Hələlik tam hazır olmadığı bildirilir. Veriləndə qızımız da Livandan yanımıza gələcək və bizimlə yaşayacaq. Vigen Ermənistanda qalmaq istəyir, Livana qayıtmağı düşünmür. Sadəcə oğlumuzun toyu üçün 1-2 həftəlik gedib-gələcəyik”.
Əliyar Xəlil
Globalinfo.az