Bakının keçmiş merləri Ramiz Mehdiyev kimin düşməni, kimin dostu olub... | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat yayır. “Ramiz Mehdiyev olayı” ətrafındakı müzakirələr bitmək bilmir.
Uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş 87 yaşlı akademik barəsində irəli sürülmüş ittihamlar (“dövlətə xəyanət”, “hakimiyyəti zorla ələ keçirmə” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması”) ölkə gündəminə bomba kimi düşüb.Ramiz Mehdiyevin uzun illər siyasi‑inzibati sistemdəki rolu nəzərə alınanda, onun Bakı şəhərinin idarə edilməsi proseslərinə təsirini də qeyd etməmək olmaz.Mehdiyevin fəaliyyət illərində paytaxt idarəçiliyində - yəni Bakının keçmiş meri və şəhər İcra Hakimiyyəti sistemində rol alan şəxslərlə münasibətləri necə olub?Ramiz Mehdiyevin mərkəzli idarəçilikdə uzun müddət (1995‑2019 illər arasında Prezident Aadministrasiyasının rəhbəri) nüfuz sahibi olması onun yerli idarəetmə sisteminə təsir gücünü artırırdı.
Paytaxt meri və ya şəhər İcra Hakimiyyətinin başçısı funksiyası Bakı üçün xüsusi önəm daşıyır.
Təbii ki, merin fəaliyyətinə mərkəzi hakimiyyətindən verilən göstərişlər, nüfuzlu məmurlarla münasibətlər təsirsiz ötüşmür.
Mehdiyev kimi mərkəzdə təsiri olan bir şəxs üçün Bakı merləri ilə əməkdaşlıq, hesabatlıq, bəzən də çəkişmə istisna hal sayılmamalıdır.Beləliklə, Mehdiyevin adı gündəmə gələndə Bakı merləri də yada düşür.
Bəs müstəqillikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinə kimlər rəhbərlik edib?Modern.az saytı Bakının keçmiş merlərini qısaca olaraq oxuculara xatırladır: Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin ilk başçısı Ağasəlim Bağırov olub.
O, 1992-ci ilin aprel ayının 15-dən iyul ayının 4-nə qədər bu vəzifədə çalışıb.
A.Bağırov Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində iqtisadçı-mühəndis vəzifəsində işləyib.
Tam oxu
Xəbəri oxu