Bakının Kiyevə humanitar yardımı: Britaniyadan reaksiya...

07.02.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi və bu ölkəyə növbəti humanitar yük partiyasının göndərilməsini alqışlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkələrdəki paylaşımında bildirilib.

"Azərbaycanın humanitar dəstək çərçivəsində Ukraynaya yardımın yeni partiyasını göndərməsini alqışlayırıq", - paylaşımda qeyd olunub.

Səfirlik vurğulayıb ki, Britaniya Ukraynanı dəstəkləməyə davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью