Bakının köhnə binaları təmir olunacaq 25 milyon ayrıldı

10.02.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın yaşayış binalarının infrastrukturunun yenilənməsi məqsədilə genişmiqyaslı təmir işlərinə start verilir.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilən yeni tender layihəsi Bakının beş böyük rayonunu əhatə edəcək.

Layihə çərçivəsində Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində yerləşən, dövlət mənzil fonduna aid olan binaların cari və əsaslı təmiri nəzərdə tutulur.

Müsabiqə üzrə görüləcək işlərin ehtimal olunan ümumi qiyməti 25 milyon 110 min 711 manat təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью