Bakının mərkəzi avtomobillərdən “təmizlənir”

30.09.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxt sakinlərinin və qonaqların rahat, təhlükəsiz hərəkətini təmin etmək, eləcə də şəhər mərkəzində ekoloji tarazlığı qorumaq istiqamətində növbəti addım atılıb. Oktyabrın 5-dən etibarən Bakının mərkəzindəki mövcud piyada zonalardakı hərəkət şəbəkəsini genişləndirmək məqsədilə beş küçə avtomobillərin hərəkəti üçün bağlanır. 
Nəqliyyat eksperti Yasin Mustafayev bu qərarla bağlı Modern.az-a danışıb. Onun sözlərinə görə sözügedən qərar insanyönümlü şəhər istiqamətində atılan mühüm addımlardan biridir.

"Şəhər mərkəzinin bir çox hissəsi avtomobilsiz küçələr olaraq planlaşdırılacaq. Burada əsas məqsəd avtomobillərə əngəl olmaq deyil, insanların daha rahat şəkildə gəzməsini təmin etmək ,həmçinin tarixi və mədəni irsimizi turistlərə təqdim edib, onların rahat şəkildə orada hərəkətinə şərait yaratmaqdır".

Ekspertin sözlərinə görə dünya təcrübəsində belə addımlar həmin ərazilərin dəyərini də artırır.

"Belə yerlər həm dəyərli bir yerə, həm də insanların bəyəndikləri yerə çevrilir. İnsanlar harda rahat, avtomobilsiz, maneəsiz gəzə bilirsə orda xoşbəxt olurlar".

Ekspertin sözlərinə görə bundan sonra da bir neçə küçədə belə addımlar atıla bilər.

Lamiyə Cənnətzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью