Bakının mərkəzi küçələrində avtomobillərə məhdudiyyət qoyulur

28.01.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

"Küçələr piyadalaşdırılır, yeni piyada zonaları yaradılır və ya genişləndirilir".

Avtosfer.az xəbər verir ki, bunu "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O qeyd edib ki, artıq Xaqani bağının ətrafına, İçərişəhərə və Əziz Əliyev küçəsinə avtomobillərin girişi məhdudlaşdırılıb:

"Bu ərazidə piyada və mikromobillik zonaları yaradılıb. Şəhərin bəzi mərkəzi küçələrinə isə (Z.Əliyeva, T.Əliyərbəyov, H.Z.Tağıyev, Y.Məmmədəliyev, Ə.Əlizadə küçələri) həftəsonları və bayram günləri avtomobillərin girişinə məhdudiyyətlər tətbiq edilib. Bu küçələrin piyadaların istifadəsinə verilməsi təmin edilib".

A.Rzayev bildirib ki, Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması işləri çərçivəsində hazırda İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır:

"Layihə çərçivəsində paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkı optimal şəkildə birləşdirilir. İslam Səfərli küçəsi ilə sakinlərin və şəhərimizin qonaqlarının təhlükəsiz gəzintisi təmin ediləcək. Bu il əlavə olaraq Təbriz küçəsində həm piyadalar, həm mikromobillik istifadəçilərinin rahatlığını təmin edən yeni genişmiqyaslı layihə icra olunacaq".

Oxunub 152

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью