Bakının mərkəzi küçələrinin birində hərəkətin təşkilində dəyişiklik edildi

24.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağının saat 07:00-22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Avtomobil Yolları Nəqliyyatı Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sözügedən küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir:

"Zolaqlar ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradır. Mərhələli şəkildə digər küçə və prospektlərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью