Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində hərəkətin nizamlanmasında dəyişiklik ediləcək.
Oxu.Az xəbər verir ki, kəsişmələrdə müəyyən hissələrin qırmızı lentlə hasarlanması belə təəssürat yaradıb.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Qeyd olunub ki, sözügedən kəsişmədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə yeni nəsil nəqliyyat işıqforlarının quraşdırılmasına başlanılıb.
"Artıq işlərin çox hissəsi görülüb və yaxın günlərdə işıqforlar sürücü və piyadaların istifadəsinə veriləcək", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova