Bakının mərkəzi küçəsində işıqforlar İŞLƏMİR Sürücü və piyadalar çətin durumda... + FOTOLAR

21.01.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının mərkəzi küçəsində işıqforlar 2 gündür işləmir. Söhbət Yasamal rayonu, C.Cabbarlı küçəsi ilə B.Bağırova küçəsinin kəsişməsindən gedir. Problem yolda hərəkət edən avtomobillərin və bu yoldan istifadə edən piyadaların hərəkətində ciddi maneələr yaradır.

Məsələ ilə bağlı Sfera.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, ərazidə işıqforların işləməməsinə səbəb əraziyə verilən elektrik enerjisinin kəsilməsidir.

“Qeyd olunan küçələrin kəsişməsində işıqforların işləməməsinə səbəb qurğuda yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib. Aidiyyəti dövlət qurumu tərəfindən problem həll edilib və işıqforların işi bərpa olunub”, - məlumatda qeyd olunub.


Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью