Bakının mərkəzi küçəsində TƏHLÜKƏ: Qazılmış yolda NİŞAN QOYULMAYIB

31.03.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının mərkəzi küçəsində yolun qazılması sürücülər üçün ciddi təhlükə yaradıb.

Oxu.Az xəbər verir ki, söhbət Səməd Vurğun küçəsindən gedir.

Belə ki, Heydər Əliyev Sarayının qarşısındakı işıqforun altında hansısa səbəbdən qazılan yol sonradan bərpa edilməyib. Üstəlik, sürücüləri təhlükədən qorumaq üçün əraziyə heç bir xəbərdarlıq nişanı qoyulmayıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью