Bakının mərkəzində avtomobil yanır: sıxlıq yarandı VİDEO

26.11.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının mərkəzi prospektində avtomobil yanır.

Bu barədə Globalinfo.az–a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib. Həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью